Lyrics

Miro [AZ] - Mən

0
original text at mamqa.com/ulyricsnew/miro-az-mən-1808429
〈Bənd 1〉
Gecə düşmüş gözüm üstə
Hələ yatma, bu dərdlərin ardını gözlə
Bir anlıq yada düşsün
Davam etmək olarmı ki ardını sözlə?
Yalandan, ya xətirlik çay içəkmi bir fincan
Köhnə günlərimiz üstündən, üstündən?

Axı sevmək ürək istər
Sevə bilməz həyatda qorxaq adamlar
O hisslər, qalan izlər
Budur insan içindəki eşq yaradanlar
Bilsin gedən amma
Qalanın vuracaqdırmı eşq dolu mərmisi
Köksündən, köksündən?

〈Keçid〉
Həyatımı mən unudub ona görə indi
Götür, eybi yox, hamısı sənindir
İnsafı yox ki bu eşqin əzəldən
Ağrı, əzab eynidir, birdir
Mən yoxam, de, yanında kimdir?
Bunu gözümlə görəndə bildim mən

〈Nəqərat〉
Elə oradaca dizlərim üstünə düşdüm mən
Eşqlə nifrət içindəki birinə dönüşdüm mən
Sən başqa gülüşlə gözündə bir parıltı tapdınmı?
Səni bağışladım, amma həyatıma küsdüm mən
Elə oradaca dizlərim üstünə düşdüm mən
Eşqlə nifrət içindəki birinə dönüşdüm mən
Sən başqa gülüşlə gözündə bir parıltı tapdınmı?
Səni bağışladım, amma həyatıma küsdüm mən
Elə oradaca dizlərim üstünə düşdüm mən

〈Bənd 2〉
Gecə düşmüş gözüm üstə
Hələ yatma, bu dərdlərin ardını gözlə
Bir anlıq yada düşsün
Davam etmək olarmı ki ardını sözlə?
Yalandan, ya xətirlik çay içəkmi bir fincan
Köhnə günlərimiz üstündən, üstündən?

Axı sevmək ürək istər
Sevə bilməz həyatda qorxaq adamlar
O hisslər, qalan izlər
Budur insan içindəki eşq yaradanlar
Bilsin gedən amma
Qalanın vuracaqdırmı eşq dolu mərmisi
Köksündən, köksündən?

〈Keçid〉
Həyatımı mən unudub ona görə indi
Götür, eybi yox, hamısı sənindir
İnsafı yox ki bu eşqin əzəldən
Ağrı, əzab eynidir, birdir
Mən yoxam, de, yanında kimdir?
Bunu gözümlə görəndə bildim mən
〈Nəqərat〉
Elə oradaca dizlərim üstünə düşdüm mən
Eşqlə nifrət içindəki birinə dönüşdüm mən
Sən başqa gülüşlə gözündə bir parıltı tapdınmı?
Səni bağışladım, amma həyatıma küsdüm mən

Elə oradaca dizlərim üstünə düşdüm mən
Eşqlə nifrət içindəki birinə dönüşdüm mən
Sən başqa gülüşlə gözündə bir parıltı tapdınmı?
Səni bağışladım, amma həyatıma küsdüm mən
Elə oradaca dizlərim üstünə düşdüm mən
 Edit 
Copy

YouTube

 Edit 

More Miro [AZ]

Miro [AZ] - Məni Anla | Lyrics
{Bənd 1} Gözlərimi gözlərində Gözlədim və dolmadı Nə sənlə bir gün olmadı Nə sənsiz ömrüm olmadı Nə təkcə... Bir özüm və bir gödəkcəm Götürmədim ki heç

Miro [AZ] - Ulduzların Altında | Lyrics
{Nəqərat} Mən yenə ulduzların altında Bağlı qapıların ardında Gecəyə işıq gözləyirəm Və sən gələ bilsən yardımıma Unutsan əgər, sal yadına Səni sənsiz

Miro [AZ] - Necəsiz Ey | Lyrics
{Bənd 1} 1-2 manatım var Ona da siqaret çəkim, alım Qutuda qalıbmı, bax? Dibini eşələ, bəlkə qalıb Ciyərim dağılır, ‘’bro’’ Nə qədər fikrə düşər adam?

Miro [AZ] - Dola | Lyrics
{Nəqərat} Dola, barmağına dola Bu dünya layiq buna Girmişik bir oyuna Və həyat sanki qumar Dərdləri apar, tulla Çevrilmə daha qula Keçib gedəcək bunlar

Miro [AZ] - Yadımdadı | Lyrics
Mən indi deyil, ölmüşəm əvvəldən Geri gəl, yenə al məni məndən Səni düşünən bir ürək var təkcə Geri qalanını al, geri get yenidən Olmaz çünki Sən alov, mən buz, sənsən məni

Miro [AZ] - Telefonu aç | Lyrics
Nə qədər çalışsan da yaşamaqçün Ayılıb gördün birdə ki, bir gün öldün Biz doğuşdan ölüyük üzü deyil O qədər də bil ki, çirkin ölümü Təhlükə biz, buralar deyil ki təhlükəsiz

Miro [AZ] - Qaça-Qaça | Lyrics
Ətrindən duyuram mən yaz yağışını Yalnızlıq və mən necə yaraşırıq Süzürəm şərablar daşır, dərdlə dolur badəm Sənsizlik susmur, elə danışırıq Qaçıram mən özümdən uzağa

Miro [AZ] - Dəli Həyat | Lyrics
Mən gedirəm üzərinə dəli həyatın Yenə düşür mənim üzərimə qəmi həyatın Amma bu yol uzun uzun uzun uzadır yolumuzu Bəlkə də yaşamaqdır ki gətirir sonumuzu Mən gedirəm üzərinə

Miro [AZ] - Yarım Adam | Lyrics
Bu qədər uzaq olacaqdınsa mənim ürəyimə Mənəm uduzan, yaramı duza batırıb Sonra yük olursan ürəyimə Elə bildim axı sənin ürəyin mən Və balaca əlləriylə biləyimdən O bərk

Miro [AZ] - Gəl Çıx | Lyrics
{Bənd 1} Get, düşünmə, get Bu qədər yaşananın ardından Üzmüşəm səni Bilirəm ki, sevgi dərdin var Qalmışam bu gün Parıldayan ulduzun altında Unutmaq

Photo Miro [AZ]

 Edit 
Miro [AZ]

Miro [AZ] - Biography

 Edit