Lyrics

BadClause - Qatarlar

1
original text at mamqa.com/ulyricsnew/badclause-qatarlar-734145
〈Nəqərat〉
Gedirəm, gedirəm mən uzaqlara
Gedirəm, gedirəm, məni saxlama
Gedirəm, gedən qatarlara məni soraqlama

Gedirəm, gedirəm mən uzaqlara
Gedirəm, gedirəm, məni saxlama
Gedirəm, gedən qatarlara məni soraqlama

〈Bənd 1〉
Mən unudulan insan, qəmsə ruhuma vicdan
Sən ölümünə hicran, gəl, qüruruma iz sal
Səhv olub hər icram, dərd olunca ilham
Qəlb yoruldu və can, ən sonunda intihar...

Gec oyandım, röyalarmı günahkar?
Bilmirəm ki, yarım olan hisslər, ya bəndəmi nakam?
Ümidsizliyin rəsminə dönürəm gündən-günə
...toxunma küllərimə

〈Keçid〉
Gedirəm özümdən belə
Çıxıb sözündən yenə
Gedirəm, üzümdən bir əl
Əskilir, hüznlənirəm

Gedib, əl üzüb gəlmirəm
Vidalar düzmüşəm dilə
Bir dərd düşüb qəlbimə
Niyə dönmək istəmirəm?

〈Nəqərat〉
Gedirəm, gedirəm mən uzaqlara
Gedirəm, gedirəm, məni saxlama
Gedirəm, gedən qatarlara məni soraqlama

Gedirəm, gedirəm mən uzaqlara
Gedirəm, gedirəm, məni saxlama
Gedirəm, gedən qatarlara məni soraqlama

〈Bənd 2〉
Günlər səfərbər, illər hədər, bütün intizarım bir nəğmədə
Güllər səpərlər ilk pərdədən, tamaşaçılar, alqış boş səhnədə
Yarım canlıyam hər baxışda bir hekayə görən şəkillər qədər
Soyuqqanlıyam ən az xəstəni qəsdən öldürən həkimlər qədər

Kimlər gələr, keçər dar ömür cığırdan uzaq gələcəyə qədər...
Kimi itirib sahilin, aşiqdir dalğalara boğulub ölüncəyə qədər
Kimini sevgi kor edib, vacibi yar - barmaqlara dəyən hər nöqtəyə qədər
Kimlər qalacaq sənlə can verdiyin məqamda son dəqiqəyə qədər?

〈Keçid〉
Gedirəm özümdən belə
Çıxıb sözündən yenə
Gedirəm, üzümdən bir əl
Əskilir, hüznlənirəm

Gedib, əl üzüb gəlmirəm
Vidalar düzmüşəm dilə
Bir dərd düşüb qəlbimə
Niyə dönmək istəmirəm?

〈Nəqərat〉
Gedirəm, gedirəm mən uzaqlara
Gеdirəm, gedirəm, məni saxlama
Gedirəm, gedən qatarlara məni soraqlama

Gеdirəm, gedirəm mən uzaqlara
Gedirəm, gedirəm, məni saxlama
Gedirəm, gedən qatarlara məni soraqlama
 Edit 
Copy

YouTube

 Edit 

More BadClause

BadClause - Monoxrom | Lyrics
{Bənd 1} Özümdən qoparıb özlüyümü yeni bir mən yaratdım Hər addım təkliyə yönəlir, tərk edişlər hər addım Sükutum sualımdan çox, həyatımı nələr qaraltdı… Ən düzünü

BadClause - Günlər Var İdi | Lyrics
{Bənd 1} Vaxt var idi, günlər var idi, pula pul deməyən adamlar idik Bir vaxt ətrafım dostlar idi, indi yoxdur, elə belə də olmalı idi Üç nəfər qalıb o vaxtdan mənə, dörd

BadClause - Sonuncu Səhifə | Lyrics
[ VERSE 1 ] (Hardayam?) Deyəsən özümdə deyiləm Sonuncu səhifədəyəm, amma heç bir ümiddə deyiləm Əvvəl ömür-günün idim, indi könlündə deyiləm Sənlə ağlaram amma inan güləsi

BadClause - Şərqi | Lyrics
Verse1: Deyirlər Bakı balaca şəhərdir, bir gün qovuşarıq əlbət Nə vaxtsa çıxarar qabağıma səni keçdiyimiz küçələr Heç vaxt danışmasaq da, arada xətir soruşarıq əlbət Çünki, davam

BadClause - Bülleten | Lyrics
Verse1: Yenə həmən sfera, yenə həmən dilemma Çıxış yolunu tapmayan yeniyetmə əl atır intahara Yar olmaq asansa yaralıya bir dəfə yar ol Hamı düzgün sevgi axtarır, heç kim demir -

BadClause - Ayrı Dünyalar | Lyrics
Verse: Çoxdandır ki, sən barədə yazmırdım Unutduğumu sanmışdım, yanılmışam mən Gedən qədəmlərinə xeyir-dua, qarğışam hərdən Bir müddət qal bu şəhərdə, gəl qalmışam həmdəm

BadClause - Eyni Şeylər | Lyrics
{Bənd 1} Mən həmənki yazan adam, sən həmənki şeir Münasibət çox dəyişibdir, daha əvvəlki deyil İllər ötsə də belə, hələ də məyus, yolumuz eyni Səndən özgə hər mübtədaya

BadClause - Qatarlar | Lyrics
{Nəqərat} Gedirəm, gedirəm mən uzaqlara Gedirəm, gedirəm, məni saxlama Gedirəm, gedən qatarlara məni soraqlama Gedirəm, gedirəm mən uzaqlara Gedirəm, gedirəm,

Photo BadClause

 Edit 

BadClause - Biography

 Edit